Çində minivanlar rahatlığı və hətta dinamikanı özündə birləşdirən prestijli nəqliyyat hesab olunur.
SİA-nın məlumatına görə, elektrik texnologiyalarının inkişafı ilə bu seqmentə tələbat daha da artıb.
Mütəxəssislər əsas konfiqurasiyaların qiymətinə əsasən Çində ən bahalı 10 elektrik miniveninin reytinqini tərtib ediblər. Siyahının lideri 529 800 yuan (təxminən 7 000 000 rubl) qiyməti ilə Li Lixiang Meqa olub. Bu miniven 100 km/saat həddinə 5,5 saniyəyə sürətlənir və 710 km məsafə qət edir. İkinci yeri 900 km-ə qədər maksimum məsafə və 778 at gücünə qədər olan Zeekr 009 (439 000 yuan, 5 800 000 rubl) tutub. İlk üçlüyü 702 km-ə qədər məsafə təklif edən Xpeng X9 (359 800 yuan, 4 770 000 rubl) tamamlayır.
Onların ardınca Hongqi HQ9 PHEV, Denza D9, Voyah Dream, GAC Trumpchi E9, Hycan V09, Wey 80 və Maxus Mifa 9 gəlir.
Maraqlıdır ki, Li Lixiang Mega reytinqə başçılıq etsə də, ən çox satılan miniven 2024-cü ildə 102 810 ədəd satılan Denza D9 olub. Populyarlığa görə ikinci yeri Voyah Dream tutub. 2024-cü ilin sentyabrında yeniləndikdən sonra 55.117 ədəd satılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə