Qeyd edək ki, yanvar ayında Samsung flaqman Galaxy S25 smartfonlarını təqdim etdi, həmçinin “böyük” ailənin yeni üzvünü - super nazik Galaxy S25 Edge-i elan etdi. İndi insayder Panda Flash sayəsində qarşıdan gələn yeni məhsulun bəzi vacib xüsusiyyətləri məlum olub.
SİA-nın məlumatına görə, Samsung Galaxy S25 Edge 200 meqapiksellik əsas kameraya və 12 meqapiksellik ultra geniş bucaqlı sensora sahib olacaq.
Bu model üçün telefoto obyektiv yoxdur, ona görə də optik zum olmayacaq. Eyni zamanda, əsas kamera böyük ehtimalla Galaxy S25 Ultra-nın flaqman versiyasından götürüləcək. f/1.7 diyaframa malik 200 MP sensor PDAF faza aşkarlama avtofokusunu və optik sabitləşməni dəstəkləyir.
Üstəlik, Panda Flash, Samsung Galaxy S25 Edge-nin Gorilla Glass Victus 2 ilə təchiz ediləcəyini, model iyerarxiyasında Galaxy S25 Ultra-da Gorilla Armor 2-dən bir pillə aşağıda olduğunu ortaya qoydu.
Yeni smartfonun əsas xüsusiyyətlərindən biri çox nazik, təxminən 6,4 mm qalınlığında şüşə və alüminiumdan hazırlanmış korpus olacaq. Qadcet 6,7 düymlük displey alacaq, performansa isə Qualcomm-dan Snapdragon 8 Elite çipi və 12 GB operativ yaddaş cavabdeh olacaq.
Smartfon 25 Vt sürətli şarjı dəstəkləyən 3900 mAh batareya ilə təchiz ediləcək.
Samsung-un flaqman ailəsində Edge versiyası Galaxy S25+ modifikasiyası ilə flaqman Ultra versiyası arasında yerini tutacaq.
Samsung Galaxy S25 Edge-in 2025-ci ilin yazının sonunda və ya yayında, iPhone 17 Air-dən bir neçə ay əvvəl təqdim ediləcəyi gözlənilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə