Volkswagen Çinli tərəfdaşları ilə danışıqlar aparırlar

Almaniya şirkətlərinə sərmayə qoyuluşu ilə bağlı...

...Volkswagen-in baş direktoru Oliver Blume Çinli tərəfdaşlarla Avropaya mümkün investisiyaları müzakirə etdiyini bildirib. Lakin nümayəndəlikdən verilən məlumata görə, hazırda bu məsələ ilə bağlı konkret qərarlar yoxdur.

SİA-nın məlumatına görə, bundan əvvəl çinli investorların Almaniyada Volkswagen zavodlarını ala biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Lakin şirkət bu açıqlamaları təkzib edərək, danışıqların Almaniya konserninin aktivlərinin satışına deyil, müstəqil investisiya layihələrinə aid olduğunu vurğulayıb.

Volkswagen də Almaniyadakı Drezden və Osnabrückdəki iki fabrikinin yaxın illərdə bağlana biləcəyi üçün həll yolları axtarmağa davam edir.

Hazırda Volkswagen üç Çin konserni - SAIC, FAW və JAC ilə əməkdaşlıq edir və həmçinin Xpeng-də paya malikdir. Çinli avtomobil istehsalçılarının Avropaya fəal şəkildə genişlənməsinə baxmayaraq, onlar hələ Almaniyada fabriklərin tikintisinə və ya satın alınmasına açıq maraq göstərməyiblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə