...Yeni elektromobil Yaponiya konserni ilə Çin avtomobil nəhəngi Dongfeng arasında əməkdaşlığın məhsuludur. Elektrik aqreqatlarının və digər komponentlərin tədarükçüsü kimi çıxış edən Çin şirkətidir.
SİA-nın məlumatına görə, Yaponiya konserninin Çin avtomobil istehsalçısı Dongfeng ilə birgə hazırladığı Nissan N7 elektrik avtomobilinin 2025-ci ilin mayında Çin avtomobil bazarına çıxacağı gözlənilir.
Avtomobil ilk dəfə Quançjou avtosalonunda ictimaiyyətə təqdim edilib.
Nissan N7 sedandır, ölçüləri 4930x1895x1487 mm, təkər bazası isə 2915 mm-ə çatır.
Parametrlərinə görə, Çin avtomobil nəhənginin Dongfeng eπ 007 modelinə bənzəyir. Alıcılar 17 və ya 19 düymlük təkər diskləri olan modelləri seçəcəklər.
Nissan N7 Dongfeng-dən olan elektrik güc aqreqatı ilə təchiz ediləcək və onun da iki variantı olacaq.
Birincisi 160 kVt və ya 215 at gücünə, ikincisi isə 200 kVt və ya 268 at gücünə malik olacaq. Dongfeng-Sunwoda-dan batareya tutumu hələ məlum deyil.
2024-cü ilin sonunda Nissan rəhbərliyi maliyyə çətinlikləri səbəbindən şirkətdə kütləvi ixtisarlar elan edib. 2024-cü ilin payızında Yaponiya hakimiyyəti Rusiyaya bir çox hibrid avtomobillərin tədarükünü qadağan edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə