Rusiya avtomobil bazarı Avropada dördüncü yeri tutur

...Rusiya avtomobil bazarı 2024-cü ildə öz mövqeyini möhkəmləndirib və Avropanın ən böyük avtomobil bazarlarının reytinqində dördüncü yeri tutub.

İl ərzində Rusiyada 1,57 milyon yeni avtomobil satılıb ki, bu da 2023-cü illə müqayisədə 48,4 faiz çoxdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə təsirli artım Rusiyaya İtaliyanı ötməyə və dinamika baxımından Avropa ölkələri arasında lider olmağa imkan verib.

Bu uğur fonunda bütövlükdə Avropa avtomobil bazarı 12,96 milyon avtomobilə qədər artaraq cəmi 0,9 faiz daha cüzi artım nümayiş etdirib.

Artımın yavaşlaması bir il əvvəl 13,7 faiz artımdan sonra baş verir.

Almaniya, Böyük Britaniya və Fransa ilk üç yeri tutmaqda davam edir, İtaliya isə beşinci yerə düşüb.

Beləliklə, Rusiya bazarı nümayiş etdirir ki, hətta iqtisadi və siyasi çətinliklər şəraitində belə, əlverişli daxili amillər olduqda yüksək artım templəri mümkündür.

Eyni zamanda, Avropa İttifaqında avtomobil istehsalçıları arasında liderlər Volkswagen (2024-cü ildə artım 1 faiz təşkil edərək 1 371 465 ədəd satılıb), Toyota (+12 faiz 928 767 ədəd) və BMW (+6,3 faiz 774 925 ədəd) qalıb. İlk beşliyi Skoda (766 510 ədədə + 12,7 faiz) və Renault (699 214 ədədə + 2,7 faiz) tamamlayır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə