“Moskviç” bazarda elektrikli avtomobillərin satışında Zeekr-i ötüb...

2024-cü ilin dekabr ayının nəticələrinə görə

...“AUTOSTAT” analitik agentliyinin təqdim etdiyi məlumatlara görə, 2024-cü ilin son ayında “Moskviç” şirkəti bazarda ən çox yeni elektrik avtomobilləri satıb.

“Moskviç 3e”-nin satışı 447 ədəd təşkil edib.

Yerli brend Çinli Zeekr-i bir neçə avtomobillə (443 ədəd) qabaqlaya bilib.

Eyni zamanda, “Moskviç” satışları 2023-cü ilin dekabr ayı ilə müqayisədə təxminən 10,6 dəfə artıb, Zeekr satışları isə 54 faiz azalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, "Moskvich 3e"-nin dekabrda uğur qazanmasının əsas səbəblərindən biri hüquqi şəxslərin kütləvi şəkildə elektromobil alması olub.

Dekabrda Rusiya elektrik avtomobil bazarının liderləri beşliyinə həmçinin ORA (86 avtomobil satılıb), Evolute (75 avtomobil) və Tesla (40 avtomobil) daxil olub.

Maraqlıdır ki, bütün bu brendlərdən yalnız “Moskviç”, “Evolute” və “ORA” avtomobillərini bazarda rəsmi şəkildə satırlar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə