...Orijinal mühərriki ilə əfsanəvi 1948 Ferrari modelinin hərraca çıxarılması planlaşdırılır.
SİA-nın məlumatına görə, bu barədə “Broad Arrows” yazır. 166 Spyder Corsa markanın hələ də mövcud olan ən qədim şəxsi yarış avtomobilidir.
Bu avtomobil Ferrari tarixində yalnız üçüncü model və ilk ikili təyinatlı model idi. Bu o deməkdir ki, ondan həm yarışda, həm də yolda istifadə etmək olar.
...Hərracda satılan Ferrari ilk sahibinin rəhbərliyi altında İtaliyada bir neçə dəfə yarışıb. Amma, o, heç vaxt birinci yerə çıxa bilməyib.
...Yeri gəlmişkən, avtomobildə hələ də zavod mühərriki və beş pilləli sürət qutusu, şassi və kuzov var.
Avtomobilin bir neçə sahibinin dəyişməsinə baxmayaraq, ilk dəfədir ki, açıq hərraca çıxarılır.
Bunun üçün 5,5-7,5 milyon avro arasında pul qazanmaq istəyirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə