Hindistanın milli avtomobil istehsalçısı Tata Motors Yeni Dehlidə keçirilən Auto Expo 2025 beynəlxalq avtosalonunda qeyri-adi eksteryerə malik Avinya X konsept avtomobilini nümayiş etdirib.
SİA-nın məlumatına görə, plastik panellər hamar formaların və iti kənarların birləşməsi ilə hazırlanır, modelin silueti uzanmış kapot xətti və maili dam, həmçinin dərin təkər tağları ilə xarakterizə olunur.
İnteryerdə minimalist üfüqi tablo arxitekturası və arxa sərnişinlər üçün iki ayrı, çox rahat oturacaq var.
Hələlik Avinya X sadəcə yüksək detallı demo modelidir. Oxşar üslubda istehsal olunan elektrik krossoverinin yaxın iki ildə buraxılacağı gözlənilir.
O, Jaguar Land Rover EMA platforması əsasında qurulacaq. Xatırladaq ki, Britaniya avtomobil istehsalçısı 2008-ci ildən Tata Motors-un bir hissəsidir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə