General Motors 6500 dollarlıq ucuz ailə elektrik avtomobilini təqdim edib
...Wuling Zhiguang EV elektrik mikroavtobusu satışa çıxarılıb. Çində kompakt model gözlənildiyindən daha ucuz olub, qiyməti 47 800-50 800 yuan (6 500 - 6 900 dollar) arasındadır.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə CarNewsChina saytı məlumat yayıb.
Yeni Wuling Zhiguang EV General Motors mütəxəssislərinin iştirakı ilə hazırlanıb, çünki Amerika konserni brendin ortaq sahibidir (Çin SAIC ilə birlikdə).
Ola bilsin ki, tezliklə Wuling Zhiguang EV-nin ixracına başlansın.
Wuling Zhiguang EV ikicildlik silueti olan 3,7 metrlik kompakt minivendir. Onun arxa qapıları sürüşür. Xəttdə yük modifikasiyası da gözlənilir.
Wuling Zhiguang EV dörd nəfəri qəbul edə bilir və 527-1117 litr tutumlu böyük baqajı var.
Salon rəqəmsal cihazlar paneli ilə təchiz olunub, avadanlıqlara kondisioner və ön elektrik şüşələri daxildir. Yeni Wuling Zhiguang EV 41 at güclü mühərrik və 17,6 kVt/saat batareya ilə təchiz edilib.
Elektromobil 100 km/saat sürət yığmağa qadirdir, onun hərəkət məsafəsi isə 201 km-dir. Daha sonra böyüdülmüş 42 kVt/saat akkumulyatorlu versiya peyda olacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə