...Volkswagen Almaniyadakı Drezden, Osnabruk və Brüsseldə yerləşən üç fabrikini satmağı düşünür. Müəssisələrin Chery və BYD tərəfindən satın alına biləcəyi güman edilir.
SİA-nın məlumatına görə, alman avtomobil sənayesi hazırda ciddi böhranla üz-üzədir: satışların azalması, enerji qiymətlərinin artması və Avropa İttifaqının ekoloji tələbləri sənayeyə təzyiqi artırıb.
2024-cü ilin sonunda Volkswagen həmkarlar ittifaqı ilə 2030-cu ilə qədər 35 min iş yerini ixtisar etmək barədə razılığa gəlib. Bununla belə, konserni daha az səmərəli zavodları bağlamaqla hasilatı daha da azalda bilər.
Mütəxəssislər qeyd edirlər ki, Çin şirkətləri Almaniya müəssisələrini modernləşdirmək və onları elektromobillərin istehsalına uyğunlaşdırmaq üçün bütün resurslara malikdir. Dünyanın satış lideri olan BYD Avropadakı mövcudluğunu fəal şəkildə genişləndirir və artıq BMW ilə birlikdə Macarıstanda zavod tikir.
Bu arada Berlində fabriklərin çinli investorlara satılması perspektivini mənfi qiymətləndirir və alternativ həll yolları tapmağa çalışırlar. Bununla belə, analitiklər Almaniyanın sövdələşmənin qarşısını ala biləcəyinə şübhə edirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə