...Ötən, 2024-cü ilin ən təhlükəsiz avtomobilləri müəyyənləşib. Fərqlənmələr EuroNCAP qəza testlərində ən yüksək bal toplayan modellərə verilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilir.
Bundan əlavə, müxtəlif siniflərdə ən yaxşı modellər seçilib. Yığcam krossoverlər və elektromobillər arasında Volvo EX30-un bazasında yaradılan Zeekr X qalib olub.
Onun balları böyüklərin mühafizəsi üzrə 91, uşaqların mühafizəsi üzrə 90, piyadaların mühafizəsi üzrə 84 və təhlükəsizlik texnikası üzrə 83 faiz olub.
...Böyük ailə avtomobili seqmentində qaliblər Skoda Superb və Volkswagen Passat B9 əkiz modelləri oldu.
Onlar böyük sərnişinlərin təhlükəsizliyi üçün 93, uşaq sərnişinlərin qorunması üçün 87 faiz bal toplayıblar. Piyadaların mühafizəsi 82, təhlükəsizlik texnikası isə 80 faiz qiymətləndirilib.
Ən təhlükəsiz ailə krossoveri Audi Q6 e-tron-dan üstün olan yeni Mazda CX-80-dir. O, böyükləri qorumaq üçün 92, uşaqlar üçün 88 faiz alıb.
Piyadaların təhlükəsizliyi balı 84, təhlükəsizlik sistemləri balı isə 79 faiz təşkil edir.
...Bundan əlavə, EuroNCAP Maxus eTerron 9 pikapını, Cupra Tavascan yığcam krossoverlərini, Deepal S07 Porsche Macan, MG HS, Toyota C-HR, Volvo EX30 və XPENG G6-nı da qeyd edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə