Avtomobil sürücü olmadan parkinq edir..?

Huawei dünyanın ilk hava limanı avtonom parkinq sistemini təqdim edib

...Çinin İT nəhəngi Huawei şirkəti Şennçjen Baoan Beynəlxalq Hava Limanında dünyanın ilk kommersiya pilot avtonom parkinq sistemini istifadəyə verib.

SİA-nın məlumatına görə, sistem avtomobillərə sürücünün müdaxiləsi olmadan müstəqil olaraq dayanacaq yerləri tapmağa və park etməyə imkan verən Qiankun ADS 3.0 texnologiyasına əsaslanır.

Prosesə başlamaq üçün sürücü avtomobili xüsusi zonada tərk edir və mobil proqram vasitəsilə istədiyi yeri seçir. Avtomobil müstəqil olaraq piyadalara və nəqliyyat vasitələrinə yol verərək göstərilən nöqtəyə çatır.

Seçilmiş yer tutulubsa, avtomobil avtomatik olaraq ən yaxın boş yeri axtarır. Lazım gələrsə, sahibi seçimi əl ilə tənzimləyə bilər. Hava limanına qayıdarkən proqram vasitəsilə avtomobilə zəng etmək olar və avtomobil minmə yerinə çatacaq.

Nəşr edilən məlumata görə, bu funksiya ilk növbədə Aito (burada Seres ana brendi altında təqdim olunur), Luxeed (Chery), Stelato (BAIC) və markaları özündə birləşdirən HIMA (Harmony Intelligent Mobility Alliance) və Maestro (JAC) avtomobilləri üçün əlçatan olacaq.

Digər tərəfdən, yalnız avtomobilləri Qiankun ADS 3.0 sistemi ilə təchiz edilmiş sahiblər hava limanında belə avtopilotdan istifadə edə biləcəklər.

Huawei həmçinin daha bir avtopark funksiyasını elan edib. O, rəqəmsal fənərləri olan elektrik avtomobilləri üçün mövcuddur və hava limanının dayanacağından avtomobilin marşrutunun xəritəsini yola çıxarmağa imkan verir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə