...Mövcud fotoşəkillər yeni modelin Seal elektromobilinin inkişafı olduğunu göstərir. Həm xarici dizayn xüsusiyyətlərinə, həm də ölçülərə görə oxşardırlar. Yeni məhsul bu il satışa çıxarılacaq.
SİA-nın məlumatına görə, Çinin avtomobil istehsalçısı BYD xüsusi olaraq taksi sürücüləri üçün nəzərdə tutulmuş sedan e7 istehsal etməyi planlaşdırır.
Ölçülərinə görə o, elektrik Seal modeli ilə müqayisə oluna bilər. Sedanın uzunluğu 4780 mm, eni və hündürlüyü isə müvafiq olaraq 1900 və 1515 mm olacaq. Üstəlik, o, iki versiyada buraxılacaq. Birincinin çəkisi 1499 kq, ikincinin çəkisi isə 1566 kq olacaq.
Mövcud fotoşəkillərə əsasən, BYD E7 sadəcə Seal elektrik avtomobilinin daha ucuz versiyasıdır. Yeni model 150 km/saat sürətlə hərəkət etməyə imkan verən 100 kVt elektrik mühərriki ilə təchiz ediləcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə