Ulyanovskdakı tökmə zavodu sahibini dəyişib...

...Meksikanın avtomobil hissələri istehsalçısı “Nemak” Rusiyadakı zavodunu satıb.

SİA-nın məlumatına görə, Ulyanovskda yerləşən tökmə zavodu 2024-cü ilin sonunda “Promavtoconsult” qrupuna verilib və bəzi KİV-lər bu şirkətin maqnat Oleq Deripaskaya yaxın olduğunu bildiriblər.

Qeyd edilir ki, “Nemak”ın Ulyanovsk sahəsi 2015-ci ildə açılıb, o, Rusiyanın Volkswagen və Hyundai Motor zavodları üçün silindr bloklarının tökmə eləcə də silindr başlıqlarının istehsalında ixtisaslaşıb.

2022-ci ilin yazından bəri “Nemak”, sifarişlərinin çoxunu itirərək çətin maliyyə vəziyyətində idi.

Bundan əvvəl Promavtoconsult Almaniyanın avtomobil komponentləri şirkətləri Schaeffler Gruppe və Benteler International AG-nin Rusiyadakı aktivlərini də alıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə