...Uzadılmış və gücləndirilmiş Vesta platformasındakı perspektivli Lada furqonunun təkər bazası 2909 mm və ümumi uzunluğu 4600 mm olacaq.
SİA xəbər verir ki, bu məlumat model üçün zavodun texniki xüsusiyyətlərində yer alıb.
Deməli, avtomobilin hündürlüyü 1641 mm, salon üç cərgədə 7 nəfərlik plana malik olacaq.
Başqa sözlə, standart Vesta ilə müqayisədə furqonun təkər bazası 274 mm, uzanan Aura ilə müqayisədə 24 mm uzun olacaq.
Mikroavtobusun hündürlüyü Vesta ailəsindəki ən hündür avtomobil olan SW Cross universalının hündürlüyündən 119 mm böyük olacaq.
Əvvəllər bildirilmişdi ki, AVTOVAZ mikroavtobusun prototipini 2025-ci ildə təqdim etməyi planlaşdırır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə