Rusiya Federasiyası yeni avtomobillərə texniki tələbləri sərtləşdirib
...Rusiyada yeni ilin gəlişi ilə 2022-ci ildə müvəqqəti olaraq ləğv edilən avtomobillər üçün texniki reqlamentlərin bəzi tələbləri Qərbin sanksiya təzyiqinə qarşı mübarizə çərçivəsində geri qaytarılıb.
SİA-nın məlumatına görə, TASS xəbər verir ki, 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasında istehsal olunan yeni avtomobillərdən yenidən ABS və ESP sistemləri, həmçinin təhlükəsizlik yastıqları tələb olunur.
Eyni zamanda, bəzi rahatlamalar 30 iyun 2025-ci il tarixinədək qalacaq, onlar daxili yanma mühərriklərinin elektron sistemləri, toksikliyi azaltma sistemləri, piyadaların mühafizəsi sistemləri və təcili çağırış cihazları ilə bağlıdır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB