“WhatsApp” messencer yanvar ayında qeyri-aktiv istifadəçilərə qarşı sərt tədbirlər tətbiq edir
"WhatsApp” messenceri xəbərdarlıq edir ki, bu ilin yanvarında dörd aydan artıq istifadə olunmayan bütün profillər silinəcək. İnternetə qoşulmadan sadəcə bir proqram açmaq hesabınızı saxlamaq üçün kifayət etməyəcək.
Nəzərə alın ki, WhatsApp qeyri-aktiv hesabların kütləvi şəkildə silinməsini həyata keçirəcək.
Əgər istifadəçi 120 gün ərzində internetə çıxışı olan proqramdan istifadə etməyibsə, onun profili silinəcək.
Həmçinin məlum olub ki, 2025-ci il yanvarın 1-dən “WhatsApp” Android əməliyyat sistemi əsasında işləyən 19 smartfon modeli üzərində işini dayandıracaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə