...Ötən il Norveçdə satılan yeni avtomobillərin demək olar ki, 90 faizi elektriklə işləyən avtomobillər olub.
SİA-nın məlumatına görə, bu barədə “Reuters” Norveç Yol Federasiyasının dərc etdiyi məlumatlara istinadən yazıb.
Qeyd edək ki, Norveçdə Almaniya kimi ölkələrdən fərqli olaraq bir dənə də olsun avtomobil nəhəngi yoxdur.
2024-cü ildə elektrikli avtomobillər Norveçdə yeni avtomobil alışlarının 88,9 faizini təşkil edib ki, bu da 2023-cü ildəki 82,4 faizdən altı faiz bəndi çoxdur.
Avqust ayında norveçlilərin yeni avtomobil alışlarının 94 faizini elektromobillər təşkil edib.
Bu templə Norveç ənənəvi daxili yanma mühərrikli avtomobillərin azlıqda qalacağı ölkələr arasında liderliyə iddialıdır.
2023-cü ildə artıq 28 faiz "təmiz" elektrik avtomobilləri var idi. İstehlakçı seçimi əsasən Oslonun ardıcıl siyasətləri ilə bağlıdır, çünki benzin və dizellə işləyən avtomobillərə böyük vergilər düşür, elektriklə işləyən avtomobillər isə idxal rüsumları və ƏDV-dən azaddırlar.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə