Yakutskda PUA laboratoriyası açılıb

Yakutskda pilotsuz uçuş aparatları laboratoriyasının təntənəli təqdimat mərasimi keçirilib ki, bu da pilotsuz təyyarələrin istehsalının artırılması və regionun müxtəlif ərazilərində onların aktiv istifadəsi istiqamətində mühüm addımdır.

SİA-nın məlumatına görə, “Komsomolskaya Pravda - Yakutiya” yazır ki, yanvarın 2-də açılan laboratoriya elmi tədqiqatların aparılması və dronların sınaqdan keçirilməsi üçün mərkəzi bazaya, həmçinin bu sahədə ixtisaslı mütəxəssislərin hazırlanması platformasına çevriləcək.

Laboratoriyanın açılışı zamanı bir sıra innovativ layihələr, o cümlədən ərazinin ortofotolarının yaradılması, kənd təsərrüfatı pilotsuz uçan aparatları və yerüstü pilotsuz texnologiyalar təqdim olunub.

Yanğınları avtomatik söndürə bilən pilotsuz avtomobilə xüsusi diqqət yetirilib. Bu yenilik xüsusilə Yakutiya üçün aktualdır, burada belə bir funksiya əvəzedilməz ola bilər.

Xatırladaq ki, daha əvvəl Rusiya PUA-ları Kiyevdə inzibati binalara ziyan vurmuşdu. Rusiyalı alimlər pilotsuz təhlükəsizlik aparatının versiyasını yaradırlar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə