...Yenilənmiş Mercedes-Benz V-Class Marco Polo Horizon modeli V-Class xəttinin 10 illik yubileyinin qeyd edilməsi çərçivəsində təqdim edilib. Bu düşərgə səyahət və istirahət üçün onu daha da rahatlaşdıran bir sıra vizual və funksional təkmilləşdirmələr əldə etmişdir.
SİA-nın məlumatına görə, avtomobil isteğe bağlı LED işıqlandırması, adaptiv fənərləri və yenidən işlənmiş arxa işıqları olan yeni radiator barmaqlığına malikdir.
Salonda iki 12,3 düymlük displey, smartfonlar üçün simsiz enerji doldurma ilə yenilənmiş mərkəzi konsol var.
Gündəlik istifadə üçün uyğun olan istirahət avtomobilinin iki çarpayısı olan açılan damı və altında iki siyirmə ilə uzanan sahə yaratmaq üçün qatlana bilən üç nəfərlik skamya var.
Salon 7 nəfər üçün nəzərdə tutulub və 5 yataq yeri var: qatlanan divan (1,93 × 1,35 m) və qaldırıcı damda çarpayı (2,05 × 1,13 m).
İki sürüşən qapı və iki fırlanan ön oturacaq standartdır.
Əlavə aksesuarlara qatlanan masa, xarici elektrik bağlantısı və əlavə qızdırıcı daxildir.
Mercedes-Benz Marco Polo Horizon-un qiymət siyahısı 58 940 avrodan başlayır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə