70-ci illərin məşhur Rolls-Royces istehsala qaytarılacaq

…Vintage Rolls-Royce Silver Shadow və Corniche modellərinə yeni həyat veriləcək. Onları elektromobillərə çevirməyə başladılar.

SİA-nın məlumatına görə,bu barədə Carscoops saytı yazıb. Qeyri-adi Rolls-Royce tüninqi Britaniyanın Evice şirkəti tərəfindən həyata keçirilir.

Elektromobillərin ilk prototipləri artıq hazırdır və sınaqdan keçirilir. İstehsalın 2026-cı ilin yazında başlanması planlaşdırılır.

Rolls-Royce, Corniche və Silver Shadow üçün ümumi gücü 400 at gücünə malik iki elektrik mühərriki olan elektrik stansiyası hazırlayıb. Bu, standart modelin benzin mühərrikindən iki dəfə çoxdur.

77 kVt/saat tutumlu akkumulyator 320 km-dən çox məsafə qət etməyi, 800 voltluq elektrik avadanlığı isə sürətli enerji doldurmağı təmin edir.

Bundan əlavə, Rolls-Royce elektromobilləri aktiv asma və daha güclü əyləclər alacaq. Rolls-Royce Corniche və Silver Shadow-un dizaynı dəyişməyib, interyer üslubu isə tanış olaraq qalır.

Eyni zamanda, elektromobillər müasir avadanlıqlarla - kondisioner, güclü audiosistem, sensor ekran, kamera, elektrik ötürücü, qızdırılan və havalandırılan oturacaqlarla təchiz ediləcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə