SAIC, GM və Wuling Baojun Xiangjing böyük sedanını təqdim etdi

…SAIC, GM və Wuling tərəfindən yaradılan Baojun şirkəti özünün yeni flaqman sedanı Xiangjing-i təqdim etdi.

SİA-nın məlumatına görə, alıcılara iki versiya təklif olunacaq: tam elektrik və plug-in hibrid.

Satışlar gələn ilin birinci yarısında başlayacaq.

Elektrikli avtomobil və hibrid xarici görünüş baxımından fərqlərə malikdir.

PHEV versiyasında ön fənər bloklarını birləşdirən LED zolağı, EV versiyasında isə qapalı radiator barmaqlığı və üç barlı LED işıqları var. Hər iki versiyanın ölçüləri eynidir: uzunluq - 5005 mm, en - 1900 mm, hündürlük - 1490 mm və təkər bazası - 2900 mm.

Elektrik Xiangjing 253 at gücü hasil edən bir elektrik mühərriki ilə təchiz edilmişdir. Göstərilən maksimal sürət 170 km/saatdır. Başlıq altında hibrid elektrik mühərriki ilə birləşdirilmiş 143 at gücü hasil edən 1,5 litrlik turbo mühərrikə malikdir. Bu halda maksimal sürət 190 km/saatla məhdudlaşdırılır. CLTC dövrünə görə elektrik məsafəsi 101 km olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə