Alfa Romeo tamamilə yeni Stelvio-nun tizerini yayımladı

…Alfa Romeo 2024-cü ili guya yeni nəsil Stelvio-nun arxa işıqlarını nümayiş etdirən “Ən yaxşı anlar” videosu ilə başa vurdu.

SİA-nın məlumatına görə, yenilənmiş krossoverin debütü 2025-ci ilin yayında gözlənilir.

Yeni dizaynın əsas xüsusiyyəti Skudettonun imzası olan üçbucaqlı barmaqlığın formasına uyğun stilizə edilmiş, davamlı LED zolağına malik arxa fənərlərdir.

Bu element Giulia və Stelvio modellərində təcəssüm olunmuş üslubu davam etdirərək brendin dizaynının təkamülünü simvollaşdırır.

Avtomobilin ön hissəsində də dəyişikliklər gözlənilir. Scudetto-nun barmaqlığında brendin loqosundan ilhamlanan 3D qrafika təqdim olunacaq və avtomobilin nömrə nişanı ortada yerləşəcək (indiki nəsil kənarında nömrəyə malikdir).

Stelvio-nun növbəti nəsli Dodge Charger-ı da gücləndirən STLA Large platformasında qurulacaq.

Alfa Romeo avtomobillərin tam elektrik versiyalarını təklif etməyi planlaşdırır, lakin çox güman ki, hibrid versiyalar da mövcud olacaq.

İlkin məlumatlara görə, Stelvio-nun ən güclü elektrik versiyası 986 at gücünə qədər inkişaf edə biləcək ki, bu da onu bazarda ən güclü krossoverlərdən birinə çevirəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə