Uçan modullu Xpeng avtomobilinin təqdimat tarixi məlum olub

…Çinin Xpeng AeroHT şirkəti yanvarın 7-dən 10-dək Las-Veqasda keçiriləcək CES 2025 sərgisində özünün modul tipli uçan avtomobil Land Aircraft Carrier (LAC) təqdimatını elan edib.

SİA-nın məlumatına görə, Land Aircraft Carrier, bu daşıyıcı nəqliyyat vasitəsini və iki oturacaqlı uçan modulu özündə birləşdirən innovativ nəqliyyat vasitəsidir.

Land Aircraft Carrier maksimum 1000 km-ə qədər məsafəyə malik EREV sistemi ilə təchiz edilmişdir.

Uçan modul bir şarjla 5-6 uçuş yerinə yetirmək qabiliyyətinə malikdir və enerji ehtiyatını 18 dəqiqə ərzində 30-dan 80 faizə qədər artıra bilir.

Bundan əlavə, təyyarə modulu üçün avtopilot elan edilib. Land Aircraft Carrier-nin kütləvi istehsalı 2026-cı ilə planlaşdırılır.

Avtomobilin təxmini dəyəri təxminən 2 000 000 yuan təşkil edəcək.

Xpeng AeroHT ildə 10 000 ədədə qədər istehsal etmək niyyətindədir və avtomobil artıq 2 000-dən çox ilkin sifariş alıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə