Tesla Cybercab-ı idarə etmək üçün xüsusi gamepad hazırlayır

…Tesla bu il Cybercab konsept robotaxini təqdim etdi. Adi idarəetmə əvəzinə avtomobil Xbox konsolundan gamepadı xatırladan nəzarətçi alacaq. Bu nəzarətçi avtomobil sistemlərinə uzaqdan qoşulacaq ki, bu da kupeni uzaqdan idarə etməyə imkan verəcək.

SİA xəbər verir ki, qeympadın olması barədə Cybercab-ın manevr qabiliyyətini nümayiş etdirən qısa video yayımlayan məşhur Petersen Avtomobil Muzeyinin əməkdaşları məlumat veriblər.

Tesla 2027-ci ilə qədər istifadəyə veriləcək robot taksi parkında Cybercab-dan istifadə etməyi planlaşdırır. Operatorlar maneələrdən və ya naviqasiya ilə bağlı çətinliklərdən qaçmaq kimi çətin vəziyyətlərdə nəqliyyat vasitələrinə uzaqdan köməklik göstərəcəklər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə