ABŞ-nin “Apple” korporasiyası Avropada “iPhone SE” və “iPhone 14” modellərinin satışları dayandıracaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, sözügedən modellər yeni Avropa standartlarına cavab vermədiyi üçün şirkət satışını dayandırmaq məcburiyyətində qalıb.
Belə ki, Aİ 2022-ci ildə elektron cihazlarda USB-C-nin istifadəsini tələb edən qanunu təsdiqləyib. Məlumata görə, bu qanun smartfonlar, noutbuklar, kameralar, qulaqlıqlar, klaviaturalar daxil olmaqla bütün cihazların 2024-cü ilin sonuna kimi USB-C texnologiyasını mənimsəməsini tələb edir. O da bildirilib ki, “Apple” 2025-ci ilin martında USB-C ilə təchiz ediləcək “iPhone SE 4”ü buraxmağı planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə