...Cənubi Koreya alimləri enerjinin gələcəyi hesab edilən litium metal akkumulyatorların hazırlanmasında əsl sıçrayışa imza atıblar.
SİA-nın məlumatına görə, “nv.ua” yazır ki, tədqiqatçılar ekoloji cəhətdən təmiz materiallardan istifadə etməklə belə akkumulyatorların xidmət müddətini əhəmiyyətli dərəcədə artırmağın yolunu tapıblar.
Yeni metodun əsas elementi litium anod üçün xüsusi qoruyucu təbəqənin hazırlanması idi. Təbii polimerlərə və suya əsaslanan bu təbəqə batareyada qısaqapanmaya və yanğına səbəb ola biləcək dendritlərin - metal çöküntülərinin böyüməsini effektiv şəkildə qarşısını alır.
Bu yeni yanaşma sayəsində alimlər litium metal batareyaların xidmət müddətini təxminən 7,5 dəfə artıra biliblər. Bu o deməkdir ki, belə akkumulyatorlar öz gücünü itirmədən xeyli uzun müddət işləyə biləcəklər. Kəşf elektromobillərin, portativ elektronikanın və güclü və davamlı enerji mənbələri tələb edən digər cihazların inkişafı üçün yeni perspektivlər açır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə