90-cı illərin nəsil Nissan Skyline GT-R elektrik avtomobilinə çevrildi...
...Nissan R32 nəslinin klassik Skyline GT-R modelini (89-dan 94-ə qədər) tam elektromobilə çevirdi. Kupe Tokio avtosalonunda canlı nümayiş etdiriləcək Layihə 2023-cü ilin mart ayından hazırlanır.
SİA-nın məlumatına görə, onun əsas məqsədi tam elektriklə işləyən gələcək nəsil R36-ya marağı artırmaqdır. Bu Skyline praktiki olaraq benzin GT-R-dən fərqlənmir, yalnız narıncı əyləc kaliperləri və doldurma portunun olması istisnadır.
İlkin məlumatlara görə, bu layihənin ideyası klassik Skyline GT-R-nin pərəstişkarı olan Nissan mühəndislərindən biri olub.
Bununla bağlı spesifikasiyalar hələ dərc edilməyib. Bununla belə, bəzi fərziyyələrə görə, avtomobil Ariya Nismo-dan ümumi gücü 435 at gücünə malik iki elektrik mühərriki alıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə