...Ferrari, avtomobillərini yalnız Maranelloda istehsal etməyə davam edəcəyini təsdiqlədi. Şirkətin baş direktoru Benedetto Viqna vurğulayıb ki, şirkət rüsumların tətbiqindən yayınmaq üçün ABŞ-da ayrıca zavod yaratmaq niyyətində deyil.
SİA xatırladır ki, Donald Tramp bundan əvvəl Avropadan idxal olunan mallara rüsumların mümkünlüyünü açıqlamışdı. Lakin Ferrari brendinin rəhbərinin bəyanatına əsasən, şirkət bunu öz biznesi üçün təhlükə hesab etmir və italyan idman avtomobillərinə tələbatda dəyişiklik gözlənilmir.
...Biz ABŞ-da avtomobil satacağıq, lakin onları Maranelloda istehsal edəcəyik.
Bunu Benedetto Viqna deyib.
Bundan əlavə, baş direktor tam elektrikli Ferrari superkarının 2025-ci ilin dördüncü rübündə debüt edəcəyi barədə məlumat paylaşıb. Yeni məhsulun qiymətinin 500.000 avronu keçəcəyi gözlənilir, lakin dəqiq maya dəyəri buraxılışa yaxın müəyyənləşəcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə