ABŞ-da mükəmməl qorunub saxlanılan 2002-ci il istehsalı olan Ford Thunerbird kabriolet aşkar edilib. Bu nadir model heç vaxt istifadə olunmayıb - bu, vaxt kapsuludur.
SİA-nın məlumatına görə, indi Cars and Bids-də hərraca çıxarılır.
Satıcı deyir ki, qayınatası bu Ford Thunerbird-i 22 il əvvəl alıb və dərhal qarajına qoyub.
Onun odometri 32 km-lik “kalibrləmə” yürüşünü göstərir və avtomobilin qəbzi hələ də pəncərəyə yapışdırılıb.
Ford Thunerbird-in kuzovu, salonu və güc aqreqatı mükəmməl şəkildə qorunub saxlanılıb.
Maşının orginal təkərləri və altlığı təmizdir. Ford Thunerbird kabriolet zəngin təchiz olunub - onun salonu dəri ilə işlənib, çıxarıla bilən metal dam, iki zonalı klimat-kontrol, kruiz-kontrol, elektrik oturacaqlar və 6 diskli CD dəyişdiricisi var.
…Ən son, on birinci nəsil Ford Thunerbird olduqca nadir bir modeldir. Onun dizaynı orijinal 1955-ci il Ford Thunderbird-dən ilhamlanıb və kapotun altında Jaguar-dan 3,9 litrlik 252 at güclü V8 var. 5 pilləli avtomatla 100 km/saat sürətlənmə 7,2 saniyəyə, maksimal sürət isə 220 km/saata çatır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə