“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

Azərbaycanın UEFA reytinqindəki xalları artıb. SİA-nın məlumatına görə, buna Avropa Liqasının “Qarabağ” - “Frayburq” matçı səbəb olub.

VI turun ev oyununda əldə olunan nəticə aktivimizi zənginləşdirib. 1:1 hesablı heç-heçə ölkəmizə 0,250 xal gətirib. Bununla da ölkəmizin xal sayı 16,125-ə çatıb. Azərbaycan cədvəldə Avropada 29-cudur.

Qeyd edək ki, “Qarabağ” G qrupunun üçüncüsü olaraq Konfrans Liqasının pley-offa yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə