Ronaldo depressiyadan əziyyət çəkir

Mançester derbisində meydana çıxmayan Ronaldonun yıxılması İngiltərənin gündəmini zəbt edib. SİA xəbər verir ki, ötən mövsüm “Mançester Yunayted”ə qayıtdıqdan sonra “Xilaskar” kimi görünən və 38 oyunda 24 qol vuran və 3 məhsuldar ötürmə verən 37 yaşlı Ronaldo bu mövsüm 8 oyunda cəmi 378 dəqiqə meydanda olub və cəmi 1 qol vurub.

Mövsümdən əvvəl əkizlərindən birini doğum zamanı itirən və psixoloji problemləri olduğunu iddia edən Ronaldonun kanadalı psixoloq Cordan Petersondan terapiya aldığı məlum olub. Məşhur psixoloq "Onun evinə getdim və iki saata yaxın söhbət etdik. Onun gələcəkdə nə istədiyini və qarşılaşdığı bəzi maneələrdən danışdıq. Kriştiano Ronaldo depressiyadan əziyyət çəkir və terapiya istəyir" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə