“Barselona” klubu növbəti mövsüm üçün gözlənilməz forma rəngi seçib

“Barselona” klubu növbəti mövsüm üçün gözlənilməz forma rəngi seçib

İspaniyanın “Barselona” futbol klubu növbəti mövsüm üçün gözlənilməz forma rəngi seçib. SİA xəbər verir ki, Kataloniya klubunun 2023-2024-cü il mövsümü üçün səfər forması ağ rəngdə olacaq. Klubun prezidenti Joan Laporta və İdarə Heyətinin üzvləri artıq bunu təsdiqləyiblər.

Bundan əlavə, formada 70-ci illərin klub embleminə bənzər retro emblem də yer alacaq.

“Barselona” sonuncu dəfə 1977-1978-ci il mövsümündə ağ formada çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə