Avroliqa: “Fənərbaxça” qalib gəldi, “Sivasspor” uduzdu

Avropa Liqasında bu gün pley-off mərhələsinə start verilib.

SİA Matç.az-a istinadən xəbər verir ki, 10 oyunun hamısı eyni gündə baş tutub.

Türkiyənin turnirdəki təmsilçilərindən “Sivasspor” İsveçdə “Malmö”nün, “Fənərbaxça” isə Avstriyada “Austriya” (Vyana) komandasının qonağı olub. Sivas klubunun 1:3 hesabıyla uduzduğu gündə İstanbul təmsilçisi səfərdən inamlı qələbə ilə qayıdıb.

“Qarabağ”ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı “Sürix” İsveçrədə “Harts”ı, “Ferentsvaroş” isə Macarıstanda İrlandiyanın “Şemrok Rovers” klubunu qəbul edib. Həm Macarıstan, həm də İsveçrə təmsilçisi ilk oyundan qalib ayrılıb.

Cavab qarşılaşmaları avqustun 25-də keçiriləcək.

Avropa Liqası
Pley-offun ilk oyunları
18 avqust

HJK (Finlandiya) – Silkeborq (Danimarka) 1:0

Ferentsvaroş – Şemrok Rovers (İrlandiya) 4:0

Sürix (İsveçrə) – Harts (Şotlandiya) 2:1

Malmö (İsveç) – Sivasspor (Türkiyə) 3:1

Apollon (Kipr) – Olimpiakos (Yunanıstan) 1:1

Pünik (Ermənistan) – Şerif (Moldova) 0:0

Ludoqorets (Bolqarıstan) – Jalgiris (Litva) 1:0

Dnepr-1 (Ukrayna) – AEK (Larnaka, Kipr) 1:2

Gent (Belçika) – Omoniya (Kipr) 0:2

Austriya (Vyana, Avstriya) – Fənərbaxça (Türkiyə) 0:2

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...