"Tottenhem" gənc müdafiəçi ilə müqavilə imzalayıb

"Tottenhem" gənc müdafiəçi ilə müqavilə imzalayıb

İngiltərə Premyer Liqa komandaları "Tottenham" "Midlsbro"nun futbolçusu Ced Spens ilə müqavilə imzaladığını rəsmən elan edib. SİA-nın "Fanatik"ə istinadən verdiyi məlumata görə, transferi rəsmi olaraq təsdiqləyən "Tottenham" Spensin transferini "Midlsbro"dan 14,7 milyon avro qarşılığında 2027-ci ilə qədər müqavilə ilə alındığını açıqlayıb.

Ötən mövsümü icarə əsasında “Nottingem Forest”də keçirən 21 yaşlı sağ cinah müdafiəçisi komandasının heyətində 46 oyuna çıxıb və 3 qol vurub. Spens, həmçinin əlamətdar performansı ilə "Nottingem Forest"in Premyer Liqaya yüksəlməsinə böyük töhfə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə