Konfrans Liqasında 1-ci təsnifat mərhələsi başladı

UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

Malta “Qzira Yunayted”i doğma meydanda Andorran “Atletik Eskaldes”i qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. İkinci matçda isə Cəbəllütariq “Sent Cozefs”i Şimali İrlandiyanın “Larne” komandası ilə qarşılaşıb. Sözügedən görüşdə isə qapılara qol vurulmayıb.

Bu mərhələnin qalan oyunları sabah keçiriləcək. Cavab qarşılaşmaları isə bir həftə sonra olacaq.


5 iyul

"Qzira Yunayted" (Malta) - Atletik Eskaldes (Andorra) - 1:1
Qollar
: Cefferson, 46 (1:0), Lopez, 65 (1:1)

"Sent Cozefs" (Cəbəllütariq) – "Larne" (Şimali İrlandiya) - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə