Azərbaycan triatlonçusu Avropa kubokunda 8-ci olub

Azərbaycan triatlonçusu Avropa kubokunda 8-ci olub

Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Melilla şəhərində keçirilən Avropa kuboku yarışlarında 8-cı olub.

SİA xəbər verir ki, idmançimiz 69 triatlonçunun mübarizə apardığı yarışı 48 dəqiqə 01 saniyəlik nəticə ilə başa vurub. R.Pevtsov 750 metrlik su məsafəsini 6 dəqiqə 20 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 25 dəqiqə 55 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını təmsilçimiz 15 dəqiqə 07 saniyə nəticə ilə tamamlayıb.

Hazırda Pevtsov İspaniyada təlim-məşq toplanışını davam etdirir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə