Azərbaycan Milli Karate Federasiyasının ölkədə karatenin inkişafı strategiyasının bir hissəsi olaraq 14-15 yaşlı Yeniyetmələrdən ibarət milli komandanın heyətinə daha yüksək səviyyəli idmançılar cəlb etmək məqsədi ilə yeni layihə başlanıb. SİA-nın verdiyi məlumata görə, “Olimpiya ümidləri” adlı layihə 12-13 yaşlı uşaqlar arasında Respublika çempionatının mükafatçılarına şamil edilib. Həmyaşıdları arasında fərqlənən perspektivli karateçilərə həftədə bir dəfə xüsusi məşqlər keçiriləcək. Məşqləri tanınmış karateçilər və milli komandaların məşqçilər heyəti keçəcək.
“Olimpiya ümidləri” layihəsinin ilk məşqi rəmzi olaraq 5 Mart Bədən Tərbiyəsi və İdman günü ərəfəsindən başlanıb. Dünya şöhrətli karateçilərimizdən, 14-15 yaşlı Yeniyetmələrin böyük məşqçisi Şahin Atamov 12-13 yaşlı Respublika mükafatçılarına fərdi təcrübəsindən dərs verib.
Perspektivli azyaşlı karateçilərə növbəti həftələrdə Niyazi Əliyev, Rafael Ağayev, İrina Zaretska, Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Qurban Tağıyev və Denis Morozov kimi karate mütəxəssisləri dərslər keçəcək. Beynəlxalq hakim Cahangir Babyev isə onlara yarış qaydaları və yeniliklərlə bağlı məlumatlar verəcək.
“Olimpiya ümidləri” layihəsi Cahangir Babayev və Novruz Əliyevin nəzarətinə verilib. İlk məşqi izləyən federasiyanın prezidenti Yaşar Bəşirov tanınmış karate mütəxəssislərimizin rəhbərliyi ilə icra edilən bu layihənin perpsektivli azyaşlı karateçilərin idman karyerasında müsbət rol oynayacağından əmin olduğunu söyləyib, onlara uğurlar arzulayıb. O, Azərbaycan karatesinin dünyada yüksək nüfuzunun qorunması üçün federsiyanın bütün imkanlardan istifadə etdiyini və yeni inkişaf planları üzərində işləndiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB