Qarüstü Polo üzrə Dünya kuboku turnirinə komandamız uğurla başlayıb - FOTOLAR

İsveçrənin Sankt Moritz şəhərində 37-ci Qarüstü Polo üzrə Dünya kuboku keçirilir. DSX-nın Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə Azərbaycan Respublikasını “Land of Fire” komandası təmsil edir. Yanvarın 27-də start götürən yarışda komandamızın ilk görüşündəki rəqi­bi “Perrier Jouet” kollektivi olub.

Komandamızın kapitanı Elçin Camallının rəhbərliyi altında id­man­çılarımız qarşılaşmanın sonunadək üstünlüyü əldən vermə­yərək 7 – 2,5 hesabı ilə qələbə qazanıbar.

Qarüstü Polo üzrə Dünya kuboku çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Azərbaycanın tarixi və mədəniyyəti təqdim olunmuşdur. Yarışın keçirildiyi ərazidə Azərbaycana həsr olun­muş guşədə xalqımızın milli mətbəxinin nümunələri, mədə­niyyəti və turizm potensialı qonaqlara və yarış iştirakçılarına nümayiş etdirilir.

Turnirdə Azərbaycanı təmsil edən “Land of Fire” komandası 29 yanvar tarixində yarımfinal oyununa çıxacaq. Komandamızın rəqibi gün ərzində keçirilən matçlara əsasən məlum olacaq.

Turnir yanvarın 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...