İspaniya kuboku: “Sevilya”nın oyunu yarıda qaldı

Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinə start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

İlk oyunda – Xixon “Sportinq”i ilə “Kadis” arasındakı görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Kadis” 1/4 finala yüksəlib.

“Rayo Valyekano” “Jirona”dan, “Malyorka” isə “Espanyol”dan üstün olub və mərhələ adlayıb.

“Betis” - “Sevilya” matçı isə yarıda dayandırılıb. İlk hissənin sonlarında “Betis” azarkeşləri meydana kənar əşyalar atmağa başlayıblar. Nəticədə qonaq komandanın yarımmüdafiəçisi Joan Jordan başından xəsarət alıb. Hakim dərhal futbolçuları meydandan çıxarıb və oyunu davam etdirmək istəməyib. Qarşılaşmanın taleyi ilə bağlı hansı qərarın qəbul olunacağı bilinmir.

İspaniya kuboku

1/8 final

15 yanvar

Sportinq (Xixon) – Kadis 0:0 (penaltilər 2:4)

Jirona – Rayo Valyekano 1:2

Qol: Bernardo, 26 – S.Qvardiola, 45+1; 48.

Malyorka – Espanyol 2:1

Qol: Kubo, 32. Prats, 60 – Puado, 62.

Betis – Sevilya 1:1 (matç yarıda dayandırılıb)

Qol: N.Fekir, 39 – P.Qomes, 35.

16 yanvar

15:00. Atletiko (Baleares) - Valensiya

19 yanvar

00:00. Real Sosyedad – Atletiko (Madrid)

20 yanvar

22:00. Elçe – Real

00:30. Atletik - Barselona

Bütün xəbərlər Facebook səhifəmizdə