David de Xea "qırmızı şeytanlar"dan ayrılır?

David de Xea "qırmızı şeytanlar"dan ayrılır?

“Mançester Yunayted”in qapıçısı David de Xea klubdan ayrılmaq qərarına gəlib.

SİA xəbər verir ki, o, İngiltərə təmsilçisi ilə müqaviləni uzatmayacaq. 31 yaşlı ispaniyalı qolkiper anlaşması başa çatdıqdan sonra klubu azad agent kimi tərk edəcək. De Xeanın "qırmızı şeytanlar"la sözləşməsi 2023-cü ilin yayında başa çatacaq. Klub rəhbərliyi artıq ona əvəzləyici axtarır.

Qeyd edək ki, De Xea “Yuventus”un maraq dairəsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə