PSJ-dən gedir

PSJ-nin futbolçusu Leven Kurzava komandadan ayrıla bilər.

SİA xəbər verir ki, 29 yaşlı müdafiəçi “Latsio”ya keçmək istəyir. İtaliya klubu artıq PSJ ilə razılıq əldə etməyə yaxındır.

Fransa təmsilçisi oyunçusu üçün 4 milyon avro istəyir. Lakin tərəflərin 2,5 milyona razılaşacağı gözlənilir.

Qeyd edək ki, 2015-ci ildən PSJ-nin formasını geyinən müdafiəçi bu mövsüm meydana çıxmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə