“Liverpul”dan inamlı qələbə, “Çelsi”dən xal itkisi

“Liverpul”dan inamlı qələbə, “Çelsi”dən xal itkisi

Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, bu gün daha iki qarşılaşma keçirilib.

“Çelsi” doğma meydanda “Everton”la üz-üzə gəlib. London təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.

Tura “Liverpul” – “Nyukasl” matçıyla yekun vurulub. Dörd qolun qeydə alındığı oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Bu tur keçirilməli olan “Brentford” – “Mançester Yunayted”, “Bernli” – “Uotford” və “Lester Siti” – “Tottenhem” matçları qonaq komandaların heyətində koronavirusa kütləvi yoluxma olduğu üçün təxirə salınıb.

İngiltərə Premyer Liqası

17-ci tur

14 dekabr

Norviç – Aston Villa 0:2

Qol: Remsi, 34. Uotkins, 87.

Mançester Siti – Lids 7:0

Qol: Foden, 8. Qriliş, 13. De Bruyne, 32; 62. Mahrez, 49. Stounz, 74. Ake, 78.

15 dekabr

Brayton – Vulverhempton 0:1

Qol: Saiss, 45+1.

Kristal Pelas – Sauthempton 2:2

Qol: Zaha, 2. Ayyu, 65 – Uord-Prauz, 32. Broya, 36.

Arsenal – Vest Hem 2:0

Qol: Martinelli, 48. Smit Rou, 87.

16 dekabr

Çelsi – Everton 1:1

Qol: Maunt, 70 – Brentueyt, 74.

Liverpul – Nyukasl 3:1

Qol: Jota, 21. Salah, 25. Aleksandr-Arnold, 87 – Şelvi, 7.

Bütün xəbərlər Facebook səhifəmizdə