"Betis"in baş məşqçisi Manuel Pelleqrini komandasının İspaniya çempionatının 16-cı turunun "Barselona" ilə oyununa hazırlığından danışıb.

Onun sözlərinə görə, bu dəqiqə komandasında ab-hava çox yaxşıdır. Pelleqrini bildirib ki, mən onlara “Barselona”nı məğlub edəcəyimizi söylədikdə, onlar məni alqışladılar: “Hazırda komandam müəyyən üslubda çıxış edir. Biz yaxınlarda bəzi məqamları düzəldəcəyik, amma heç nəyi əsaslı şəkildə dəyişdirməyəcəyik”.

Qeyd edək ki, Xavinin rəhbərliyi altında "Barselona”nın son iki turda yaxşı nəticə göstərdiyini deyən çilili məşqçi Barsada çox yaxşı oyunçuların olduğunu da etiraf edib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə