Muslera oyunun ən yaxşısı sayıldı

"Qalatasaray"ın kapitanı Muslera Uruqvay Milli Komandasında yaxşı nəticələr əldə edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı qapıcı 4-1 hesabı ilə məğlub olunan Braziliya matçında komandası üçün ən yaxşısı olub. Muslera bu matçda 9 dəfə qol buraxmamaqla fərqlənib. Uruqvayda Muslera istisna olmaqla, bütün oyunçular tənqid olunub.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə