Dünya çempionatında uğurla çıxış edən idmançımızla görüş keçirilib - FOTOLAR

Dünya çempionatında uğurla çıxış edən idmançımızla görüş keçirilib - FOTOLAR

Macarıstanın paytaxtı Budapeşt şəhərində sərbəst güləş üzrə keçirilən yeniyetmələr arasında Dünya çempionatında uğurla çıxış edən Ruzanna Məmmədova (46kq) və məşqçisi Valeh İsmayılov ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, Baş İdarənin rəisi Raqif Abbasov yarışda qazandığı uğur münasibətilə Ruzanna Məmmədovanı təbrik edib, onun bu nailiyyətini yüksək qiymətləndirib. Baş İdarə tərəfindən Ruzanna Məmmədovaya diplom və hədiyyə təqdim olunub.

Beynəlxalq turnirdə Ruzanna Məmmədova ilk olaraq qazaxIstanlı idmançı Aliyə Dauletlə xalça üzərinə çıxıb və 10:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. 1/4 final yarəşmasında rumıniyalı Kristina Bayan ilə qarşılaşmada 4:0 hesabı ilə qalib gələrək 1/2 finala vəsiqə qazanıb. Burada isə türkiyəli idmançı Şevval Çayır ilə qarşılaşmada 2:0 hesabı ilə qələbə çalaraq finala yüksəlib. Finalda isə hindistanlı Komal Komala 2:7 hesabı ilə uduzaraq yarışın ikincisi olaraq gümüş medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə