UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları - Nəticələr

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları - Nəticələr

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

SİA xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma keçirilib.

“Benfika” Portuqaliyada PSV-ni qəbul edib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. İsveç “Malmö”sü Bolqarıstan çempionu “Ludoqorets” üzərində inamlı qələbə qazanıb. İsveçrənin “Yanq Boyz” komandası isə Macarıstanın “Ferentsvaroş” klubunu məğlub edib.

18 avqust

Çempionlar Liqası

Pley-offun ilk oyunları


"Benfika" (Portuqaliya) - PSV (Niderland) - 2:1
Qollar: Rafael Silva, 10, Yulian Vayql, 42 - Kodi Qakpo, 52

"Malmö" (İsveç) - "Lüdoqorets" (Bolqarıstan) - 2:0
Qollar: Velko Birmançeviç, 26, Yo-İnge Berget, 61

"Yanq Boyz" (İsveçrə) - "Ferentsvaroş" (Macarıstan) - 3:2
Qollar: Meşak Elia, 16, Vensan Syerro, 40, Ulisses Qarsiya, 65 - Frank Boli, 14; 82
Qırmızı vərəqə: Silvan Hefti, 25 ("Yanq Boyz")

17 avqust

"Monako" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 0:1

"Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0

"Zalsburq" (Avstriya) - "Bröndbü" (Danimarka) - 2:1

Bütün xəbərlər Facebook səhifəmizdə