Xüsusi olimpiyaçılar üzgüçülük yarışlarında iştirak ediblər

Sentyabrın 20-də Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə xüsusi olimpiyaçılar arasında üzgüçülük üzrə yarış keçirilib. SİA-nın məlumatına görə, yarış Bakı Su İdman Sarayında baş tutub. Turnirdə xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından ibarət komandalar iştirak ediblər.

Yarışda yekun nəticələrə görə fərqlənən idmançılara mükafatlar təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə