"Bu qədər fasilədən sonra futbolçuların ən yaxşı oyununu göstərməsi mümkün deyil" - Qurban Qurbanov
“Çox vacib qələbə qazandıq. Uzun müddətdən sonra rəqmi oyunda qalib gəlmək xoşdur. Təəssüf ki, bu gün azarkeşlərimiz meydanda yox idilər. Azarkeş amilinin futbolda nə demək olduğunu tam hiss etdik".
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sileks”lə keçirilən oyundan (4:0) sonra mətbuat konfransında deyib.
- Maksim Medvedevin durumu necədir?
- Həkimlər sabah dəqiq deyəcəklər. Çox ciddi olduğunu düşünmürəm. Topuq nahiyəsi burxuldu. Ağrısı güclü olduğu üçün əvəzlədik.
- İlk hissədə bir qədər narazı idiniz. Konkret sizi nə qane etmirdi?
- Bu gün futbolçulardan ideal oyun gözləyə bilmərik. Amma lazımi anlarda tempi artırırdıq. Sürətdən daha çox topla daha səliqəli oynamalı idilər. Onlardan bunu tələb etmişdim, edəcəyəm də. Amma bu qədər fasilədən sonra futbolçuların ən yaxşı oyununu göstərməsi mümkün deyil. Bu gün çox əziyyət çəkdilər. Hazırlaşdığımız hücumlar pis alınmadı, standart vəziyyətdən də pis oynamadıq.
- Növbəti mərhələdə hansı komandaya rəqib olmaq istərdiniz?
- Fərqi yoxdur. Hansı olsa, bizim üçün rəqibdir. Bugünkü səhvləri təkrarlamamalıyıq. Çünki növbəti mərhələyə adlayacaq komanda daha yaxşı formada olacaq.
- Bugünkü rəqibin gücü komandanın səhvlərini görməyə imkan verdi?
- Səhvlər var. Səhv elə bir elementdir ki, rəqibin güclü və ya zəif olmasının fərqi yoxdur. Futbolçu formadan, komanda ritmdən uzaq olanda səhvlər olur. Oyundan-oyuna bunları aradan qaldırmağa çalışacağıq. Elə səhvlərdir ki, çox az təkrarlayırıq və tezliklə aradan qaldıracağıq.
- Yeni transferlər gözləməyə dəyərmi?
- Pandemiyadan sonra transfer etmək daha da çətinləşib. İstənilən halda axtarışlarımız davam edir. Mütləq bir neçə transfer etmək istəyirik.
- Qapıçı seçimində həlledici məqam nə oldu?
- Şahruddin uzun müddətdir komandadadır. Emil bir ilə yaxın oynamadı. Bu gün belə qərar verdim. Amma onları ayırmıram. Qarşıdakı oyunlarda Emili də meydanda görə bilərik.
- Əcnəbi qapıçı transferi gündəmdədir?
- Bəli, gündəmdədir. Danışıqlar davam edir. Hətta iki qapıçı ilə danışıq uğurlu alınmadı.
- Növbəti oyun da evdə olacaq. Ot örtüyünün durumunu nəzərə alsaq, 2-ci mərhələ matçını ehtiyat arenada keçirə bilərsiniz?
- Açığı, oyundan əvvəl UEFA-ya bildirildi ki, bununla bağlı problem ola bilər. UEFA bildirdi ki, ilk oyunu burada oynamalısınız. Əgər icazə versələr, növbəti görüşü “Azersun Arena”da keçirə bilərik. Bəlkə 10-15 gündən sonra meydança düzəldi. Amma yenə də müraciətimizi etmişik.
- Yay fasiləsində komandadan gedənlər oldu. Bu gün ən çox kimin yoxluğunu hiss etdiniz?
- Mənim üçün futbolçulardan ayrılmaq asan deyil. Xüsusən də, 3-5 il burada oynayanlarla. Məcburuq yeni oyunçular gətirək. Çalışırıq özlərini sərbəst göstərsinlər. Kim gedirsə, hər birini burada görmək istərdim. Amma futbolda dəyişikliklər mütləq olmalıdır, kimsə getməlidir. Bir neçə oyunçu var ki, onlarla hər bir məşqçi işləmək istərdi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ukrayna hansı kozırları oynaya bilər?
Dünya 20:05Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



