"Sərhədçi" İdman Olimpiya Mərkəzində Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turnirə start verilib. Siasport.az saytı xəbər verir ki, əvvəlcə turnirin açılış mərasimi olub. Mərasimdə Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov iştirak ediblər. Onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən idmanın güləş növünə göstərdiyi diqqət və qayğıdan, habelə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıblar.
İsmayıl İsmayılov bildirib ki, özünün zəngin idman ənənələri ilə dünyada tanınmış Azərbaycanda beynəlxalq turnirin keçirilməsi heç də təsadüfi deyil. Azərbaycanın Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın göstərdikləri yüksək nəticələr respublikamızın yalnız idman sahəsində potensial imkanlara malik olması deyil, bu, həm də dövlət qayğısını əks etdirən göstəricilərdir: "Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda ümummilli liderin siyasəti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeüyd edək ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Belarus, İsrail, İraq, İsveç, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan güləşçiləri iştirak edir.
Turnirin proqramına əsasən, aprelin 20-də yeniyetmə yunan-Romaçılar meydana çıxıb. İlk günün nəticələri aşağıdakı kimidir.
42 kq
1. Ramiz Məmmədov
2. Sabirjon Qazaxbayev (Özbəkistan)
3. Mikayıl Rəhmanov
3. Rasim Səfərbəyov
46 kq
1. Anarxan Azmaqanbetov (Qazaxıstan)
2. Xəyyam Abdullayev
3. Aybek Mardanov (Qazaxıstan)
3. Əli Məmmədov
50 kq
1. Murad Bazarov
2. Elvin Əliyev
3. Mirambek Aymaqulov (Qazaxıstan)
3. Safletdin Novruzov (Özbəkistan)
54 kq
1. Sakit Quliyev
2. Murad Məmmədov
3. Asror Muxitdinov (Özbəkistan)
3. Georgi Topikaşvili (Gürcüstan)
58 kq
1. Rauf Ələkbərli
2. Elman Muxtarov
3. Məhəmməd Yesmurzayev (Qazaxıstan)
3. Ruhin Mikayılov
63 kq
1. Abilayxan Amzeyev (Qazaxıstan)
2. Çingiz Hakan (Türkiyə)
3. Emil Abdullayev
3. İslam Abbasov
69 kq
1. Hacımurad Bağmanov
2. Muhammedali Şamsiddinov (Özbəkistan)
3. Orxan Nuriyev
3. Batuhan Koyunçu (Türkiyə)
76 kq
1. Laşa Qobadze (Gürcüstan)
2. Elməddin Ramazanov
3. Hüseyn Mutsolqov (Qazaxıstan)
3. Sərxan Cahangirli
85 kq
1. Fatih Başköy (Türkiyə)
2. Georgi Mudiranidze (Gürcüstan)
3. Yersayin Sayfullin (Qazaxıstan)
3. Uluqbek Alixocayev (Özbəkistan)
100 kq
1. Zurab Gedexauri (Gürcüstan)
2. Maksad Turqanbay (Qazaxıstan)
3. Beka Kandelaki (Gürcüstan)
3. Batuhan Göktuğ Cibir (Türkiyə)
Bu gün yunan-Roma güləşi üzrə gənclər, sabah sərbəst güləş üzrə yeniyetmələr, aprelin 23-də isə, sərbəst güləş üzrə gənclər mübarizəyə qoşulacaq. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB